İntizam Komitəsinin növbəti iclası və qərarları

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. Həmən qərarları təqdim edirik. 

 

Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

 

Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

 

Əvəzedici heyətlərin XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Müəllif: Bəhruz MƏMMƏDOV