Latviya – Azərbaycan matçının hakimləri açıqlandı

ESTAFET/ Azərbaycan yığmasının Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri bəlli olub. Qarşılaşmanı Belarusdan olan referilər idarə edəcək.

İyunun 9-da Latviyada baş tutacaq matçda ədalət təmsilçisi Denis Şerbakov olacaq. Ona Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın 4-cü hakimi yerli referi Aleksandr Anufriyev olacaq.


Qeyd edək ki, Latviya – Azərbaycan qarşılaşması iyunun 9-da Riqanın “Dauqava” stadionunda keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV