Ramil Şeydayev "Mattersburq"un düşərgəsinə nə vaxt qoşulacaq?

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Mattersburq”a keçidə yaxındı. Avstriya mətbuatının məlumata görə, Şeydayev qarşıdakı həftə “Mattersburq”un düşərgəsinə qoşulacaq.

 

Avstriya mətbuatı Şeydayev haqda yazı dərc edib. Yazıda Şeydayevin hazırda istirahət olduğu bildirilir: “Mövsüm Şeydayev üçün iyunun 9-da başa çatdı. Ona görə də o, hazırda istirahətdədi. Əgər hər şey qaydasında getsə, o, qarşıdakı həftə “Mattersburq”un düşərgəsinə qoşulacaq”. 

 

Mənbə: Futbolxeber

Müəllif: Natiq NƏSİROV