Bordinin və Federikonun qələbə açıqlamaları

ESTAFET/ "Neftçi” komandasının baş məşqçisi Roberto Bordin və yeni transfer Dario Frederiko Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra Neftçi TV-yə açıqlama veriblər.

 

Roberto Bordin: "Yaxşı oyun oldu. Futbolçular matça ilk dəqiqələrdən köklənmişdilər, ehtiyatlı oynadılar. Şadam, amma bəzi şeyləri yaxşılaşdırmaq lazımdır ki, biz də bunu edəcəyik. Qol epizodlar yaratdıq, amma onları daha yaxşı yekunlaşdırmalıydıq. Bununla belə, nəticədən başqa, komandanın oyunundan da razı qaldım”.

 

Dario Frederiko: "Təlim-məşq toplanışımızın ikinci matçı idi. Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı. Əsas odur ki, komandamız oyundan oyuna daha da yaxşı çıxış edir. Bu oyun tərzimizi davam etdirib, daha da yaxşılaşdırmağa çalışmalıyıq. Artıq öz oyunumuzu tapmağa başlamışıq. Növbəti qarşılaşmalarda bundan da yaxşı oyun nümayiş etdirəcəyik”.
 

Müəllif: Natiq NƏSİROV