"Qarabağ"ın mətbuat konfransı və son məşqinin vaxtı açıqlanıb

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Olimpiya” (Sloveniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandanın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

 

İyulun 10-da baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komanda son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.  

Müəllif: Orxan NOVRUZOV