Basketbol məşqçiləri üçün seminar başa çatdı

ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsinin olimpiya idman növlərinə dəstəyi layihəsi çərçivəsində iyulun 2-dən 6-na kimi Bakıda basketbol məşqçiləri üçün texniki seminar keçirildi.
Seminarı dünya şöhrətli serbiyalı peşəkar məşqçi Rajko Toroman aparırdı. Milli Olimpiya Komitəsi, Beynəlxalq Basketbol Federasiyası(FİBA) və Azərbaycan Basketbol Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən seminarda paytaxtımızla yanaşı bölgələrimizi təmsil edən 20 məşqçi iştirak edirdi. 18 saylı orta məktəbin idman zalında serbiyalı mütəxəssis 5 gün ərzində əyani surətdə seminar iştirakçılarına praktiki məşqələlər keçirərək nəzəri dərslər verdi.
İyulun 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında seminar iştirakçıları Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları ilə təltif ediliblər.
