Millimiz Albaniyaya məğlub oldu

ESTAFET/ İyulun 4-də San Marinoda keçirilən Avropa Çempionatı çərçivəsində U16 yığma komandamız Albaniya millisi ilə qarşılaşıb.

 

Bu oyunda komandamız ilk 2 hissədə buraxılan topların əvəzini çıxa bilməyərək 48:66 hesabı ilə rəqibinə məğlub olub.

 

Qrup mərhələsinin növbəti oyunu iyulun 8-də Avstriya millisinə qarşı keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV