Albaniyada sönük oyun fonunda qolsuz bərabərlik

ESTAFET/ Avrokuboklarda mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Ağdam təmsilçisi Albaniyanın “Kukesi” komandası ilə qarşılaşırdı.

 

Sönük və maraqsız keçən oyun ədalətli olaraq, qolsuz bərabərliklə başa çatıb. 

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü

II təsnifat mərhələsi, İlk oyun

 

25 iyul 2018

“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan)  0:0

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu 

 

“Kukesi”: 77. Fraşeri, 4. Şameti (k), 6. Alla, 9. Plaku, 15. Qaqi, 18. Kirbya, 20. Rumbullaku, 23. Mussoli, 24. Malikyi, 26. Kordeyro, 33. Dzariya

Ehtiyat oyunçular: 91. Maloku, 5. Hoksa, 10. Şkodra, 21. Limay, 27. Etemi, 28. Harba, 99. Spear

Baş məşqçi: Armandu Kunqu

 

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin Maqomedaliyev, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov, 25. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Müəllif: Orxan NOVRUZOV