Super Kubokda ədaləti qorumaq polşalılara tapşırıldı

ESTAFET/ UEFA Super Kuboku uğrunda oyunun hakim təyinatları açıqlanıb. Qitənin ali futbol qurumu İspaniyanın “Real” və “Atletiko” klubları arasında keçiriləcək görüşü Polşadan olan FİFA referisi Şimon Marçinyaka həvalə edib. Ona həmyerliləri Pavel Sokolniçki ilə Tomaş Listkieviç kömək edəcək.

 

Xatırladaq ki, Madrid klublarının qarşılaşması avqustun 15-də Estoniyanın paytaxtı “Tallin”də, “Lilleküla” stadionunda baş tutacaq.

 

2017/18 mövsümünün yekunlarına görə, “Real” UEFA Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV