Mahrezi "Lester"də həmyerlisi əvəz edəcək
ESTAFET/ İngiltərə Premyer Liqası komandalarından olan “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Əlcəzairli futbolçusu Riyad Mahrezi 60 milyon funt-sterlinqə “Mançester Siti”yə satan "tülkülər" onu həmyerlizi Raşid Gezalla əvəz edib.
Fransa çempionatında mübarizə aparan “Monako”dan transfer edilən Gezal yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. “Tülkülər”in bu transferə görə fransızlara 10 milyon funt-sterlinq təzminat ödədiyi bildirilir.
26 yaşlı futbolçu ötən mövsümün əvvəlində Lion “Olimpik”indən “Monako”ya transfer olunmuşdu. O, bu komandanın heyətində 33 oyuna çıxıb, 2 qola imza atıb.
“Lester Siti” əlcəzairli yarımmüdafiəçidən öncə Conni Evans, Ceyms Maddison, Rikardo Pereyra və Denni Uordu transfer etmişdilər.