Ədaləti isveçlilər qoruyacaq: "Qarabağ" - BATE

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - BATE (Belarus) oyununa hakim təyinatları açıqlanıb.

 

Avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək.


Baş hakim: Andreas Ekberg
Baş hakimin köməkçiləri: Mehmet Culum, Stefan Hallberg
Dördüncü hakim: Kristoffer Karlsson
(Hakimlər briqadası İsveçdəndir)
Hakim-inspektor: Robert Sedlacek (Avstriya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)  

Müəllif: Orxan NOVRUZOV