FORMULA-1: YAPONİYA QRAN PRİSİ

ESTAFET/ 7-9 oktyabr tarixlərində Yaponiyanın Suzuka şəhərində Formula-1 yarışlarının növbəti mərhələsi - Emirates Japanese Grand Prix - keçirilib.

 

FORMULA-1: EMIRATES JAPANESE GRAND PRIX 2016

Tarix

Trass

Dövrə uzunluğu

Dövrə sayı

Məsafə

7-9.10.2016

Suzuka

5807 m

53

307.471 km

BULUDLU, QURU. HAVA +21 C, TRASS +25 C

 

 

Yürüşün qalibi 1:26:43.333 vaxt göstəricisi ilə alman Niko Rosberq (Mercedes AMG F1) olub və mövsümün bitiminə 4 mərhələ qalmış ən yaxın izləyicisini, bu mərhələdə 3-cü olan komanda yoldaşı Lyuis Xamiltonu 33 xal qabaqlayır. Hollandiyalı Maks Ferstappen isə finişi ikinci keçib (+5.776).
 
Yaponiya Qran-Prisindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
 
Şəxsi birincilik
 
1. Niko Rosberq (Mercedes AMG F1) - 313
2. Lyuis Xamilton (Mercedes AMG F1) - 280
3. Daniel Rikkardo (Red Bull Racing) - 212
4. Kimi Raykkonen (Scuderia Ferrari) - 170
5. Maks Ferstappen (Red Bull Racing) - 165
5. Sebastyen Fettel (Scuderia Ferrari) - 165
 
Komanda birinciliyi
 
1. Mercedes AMG F1 - 593
2. Red Bull Racing - 385
3. Scuderia Ferrari - 335
4. Force İndia - 134

5. Williams - 124