Kaliniç Milanı Madridə dəyişdi

ESTAFET/ İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Madrid təmsilçisi İtaliyanın “Milan” klubunun xorvatiyalı hücumçusu Nikola Kaliniçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığı bildirilir. İspaniya mətbuatının iddiasına görə, Nikolanın transferi madridlilərə 15 milyon avroya başa gəlib.

 

Kaliniç “Milan”a 2017-ci ildə “Fiorentina”dan transfer edilmişdi. Milan nəhəngi ilə ötən mövsüm 41 matça çıxan Kaliniç daha öncə “Hayduk”, “İstra”, “Şibenek”, “Blekbern” və “Dnepr” klublarında da forma geyinib.

 

2008-ci ildən Xorvatiya yığmasının formasını geyinməyə başlayan Kaliniç milli formada 42 oyuna çıxıb, 15 qola imza atıb. 

Müəllif: Natiq NƏSİROV