"Qarabağ" kapitanı icarəyə götürdü
ESTAFET/ "Qarabağ" "Qəbələ"nin futbolçusu Hacıağa Hacılını heyətinə cəlb edib. Çempionlar Liqasındakı təmsilçimiz 20 yaşlı yarımmüdafiəçini 1 illiyə icarəyə götürüb.
"Qırmızı-qaralar" 21 yaş limitinə uyğun gələn futbolçusunu oyun praktikası qazanmaq üçün Ağdam təmsilçisinə icazrəyə verməyi daha məqsədəuyğun sayıb. Məlumdu ki, "Qəbələ" əvəzedicilərini I Divizionla birləşdirilən yarışa buraxmaqdan imtina edib və Hacıyev yaşına görə U-19 komandasında da oynaya bilmir.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Hacıağa "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-21-in kapitanıdı.