Şeydayev "Mattersburq"la anlaşdı

ESTAFET/ Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin oynayacağı klub böyük ölçüdə məlum olub. Belə ki, Avstriya mətbuatının məlumatına görə, yerli "Mattersburq" klubu xeyli vaxtdı elçi düşdüyü 22 yaşlı hücumçu ilə sonunda anlaşmağı bacarıb.

 

Bundesliqa təmsilçisinin idman direktoru Frants Lederer bu həftə futbolçulun onların sərəncamına gəldiyinə görə şad olduqlarını bildirib. Avstriya klubu millimizin digər üzvü - yarımmüdafiəçi Araz Abdullayevlə də rəsmi müqavilə imzaladıqdan sonra keçdiləri rəsmən açıqlayacaq.

 

Xatırladaq ki, "Trabzonspor" Ramillə müqaviləni yaxında qarşılıqlı razılıqla pozandan sonra futbolçu sərbəst olub. Rusiya Premyer Liqasının komandası olan Samara "Krilya Sovetov"u da millimizin hücumçusunu transfer etmək istəyirdi. Lakin onların irəli sürdükləri şərt Şeydayev tərəfindən rədd edilib. Samaralılar futbolçumuzdan komandada Rusiya pasportu ilə oynamasını istəyiblər. 

Müəllif: Natiq NƏSİROV