Badmintonçularımız Bolqarıstanda keçirilən beynəlxalq turnirdə iştirak edib
ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Eurasia Bulgarian Open Championship" turnirində çıxışını başa vurub.
Təmsilçilərimizdən mübarizəyə təsnifat mərhələsindən start verən Ezmi Qovimuramadhoni keçirdiyi iki görüşü qalib başa vurub. Ezmi müvafiq olaraq, Yunanıstan və Rusiya badmintonçularına qalib gəlib. Qovimuramadhoni əsas mərhələyə yüksəlmək uğrunda görüşdə danimarkalı Mads Zogersenə 1:2 (21-12,19-21,14-21) hesabı ilə uduzub.
Mübarizəyə əsas mərhələdən qoşulan Edi Reski Dviçayo isə kişilərin şəxsi yarışında ilk görüşünü turnirin bir nömrəli reytinq favoriti irlandiyalı Nhat Nquyenə qarşı keçirib. Gərgin keçən görüşdə badmintonçumuz rəqibinə 1:2 (21-23, 21-17, 17-21) hesabı ilə uduzub.
Edi və Ezmi turnirin qoşa yarışında danimarkalı Mads Zogersen - Filip İllum Klindt tandemi ilə ilə qarşılaşıb. Skandinaviyalı badmintonçular təmsilçilərimizə 2:0 (18-21, 15-21) hesabı ilə qalib gəlib.