Yelkənçilərimiz Avropa çempionatında çıxış ediblər

ESTAFET/ Haaqada Scheveningen dəniz limanında “Optimist” sinfi üzrə keçirilən Avropa çempionatı sona çatıb. 23-30 iyun tarixlərində keçirilən 2018-ci ilin Optimist Avropa Çempionatında ölkəmizi Yelkənli İdman Federasiyasının yelkənçiləri təmsil ediblər. Çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında uğurla iştirak edən yelkənçilərimizin iştirakı Beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. 

 

“Optimist” sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacı-zadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil ediblər.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4 – cü yerdə qərarlaşaq yüksək nəticə göstrəmişdi. 

Müəllif: Natiq NƏSİROV