Birinci turun ən yaxşısı - Emin Mahmudov
ESTAFET/ “İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün ilk turunun ən yaxşı futbolçusu məlum olub.
Bu, Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur. “Sumqayıt”a qarşı keçirilən oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. Araşdırmalara əsasən Mahmudov turun ən yüksək indeksə malik olan futbolçusudur.