Səlahət Ağayev “150”yə çatdı

ESTAFET/ Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında yubiley oyununu keçirib. II turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub.

 

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev 150 matçda 145 qol buraxıb. 4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib.
 

Müəllif: Orxan NOVRUZOV