Vəli Qasımovdan “Sportinq”ə xəbərdarlıq
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının final matçının səfiri, azərbaycanlı veteran futbolçu Vəli Qasımov yarışın qrup mərhələsinin püşkü ilə bağlı Portuqaliya mətbuatına açıqlama verib.
Portuqaliyanın "Vitoriya" və "İmortal" klubunun sabiq futbolçusu "Sportinq"ə Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı oynamağın asan olmayacağını bildirib:
"Bakıda oynamaq çətindi. "Qarabağ" Avropa yarışlarında çox yaxşı oynayır. Bu, sürprizlərə səbəb ola bilər. Mən bilmirəm, "Sportinq" indi necə oynayır. Amma "Qarabağ" yaxşı oynaya bilər".
O, Bakının Avroliqanın finalına ev sahibliyi etməsinə də münasibət bildirib: "Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkili təcrübəsinə malikdi. Bu ölkəyə yola düşəcək insanlar zövq ala biləcəklər".
"Bir həftə əvvəl tanışlarım Portuqaliyada idi və mən Manuel Fernandeslə danışdım. Monakoda onunla görüşdüm bir az danışdım. Mənim Portuqaliyada böyük xatirələrim, dostlarım var".
Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.
Mənbə: Qol