Ronalda İspaniyada klub sahibi oldu

ESTAFET/ Braziliya yığmasının sabiq futbolçusu Ronaldonun İspaniyada klub almaq istədiyi barədə xəbərlər nəhayət ki, rəsmən təsdiqini tapıb. Keçmiş futbolçu La Liqa klublarından “Valyadolid”i satın alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

“Valyadolid”ə Çin şirkətləri də maraq göstərirdilər. Ancaq klubun hazırkı rəhbərliyi braziliyalıya üstünlük verib.

 

“Valyadolid” La Liqada 3-cü turdan sonra 2 xalla 16-cı pillədə qərarlaşıb. 

Müəllif: Məsim MƏSİMZADƏ