Dik Advokat Erediviziya klubunda
ESTAFET/ Məşhur hollandiyalı mütəxəssis Dik Advokatın yeni iş yeri məlum olub. Hollandiya mətbuatının məlumatına görə, 70 yaşlı mütəxəssis məşqçi karyerasını ölkəsində davam etdirəcək.
O, Erediviziya təmsilçisi “Utrext”lə anlaşıb. Hollandiyalı məşqçi 16 sentyabrda “Emmen”lə keçiriləcək oyundan sonra yeni vəzifəsinin icrasına başlayacaq.
Məşqçi karyerası ərzində PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya kimi millilərin də “sükanı arxasında” olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda baş məşqçi kimi çalışıb.