FORMULA-1: BİRLƏŞMİŞ STATLAR QRAN PRİSİ
ESTAFET/ 22-24 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Ostin şəhərində Formula-1 yarışlarının növbəti mərhələsi - United States Grand Prix - keçirilib.
FORMULA-1: UNİTED STATES GRAND PRIX 2016 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
21-24.10.2016 |
Ostin |
5513 m |
56 |
308.896 km |
AZ BULUDLU, QURU. HAVA +27...28 C, TRASS +36...35 C |
Yürüşün qalibi 1:38.12.618 vaxt göstəricisi ilə Böyük Britaniya təmsilçisi Lyuis Xemilton (Mercedes AMG F1) olub. Mövsümün lideri alman pilot Niko Rosberq (Mercedes AMG F1) finişi xəttini ikinci (+4.520), avstraliyalı Daniel Rikardo (Red Bull Racing) isə üçüncü (+19.692) keçib.
Mövsümün bu mərhələsindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
Şəxsi birincilik
1. Niko Rosberq (Mercedes AMG F1) - 331
2. Lyuis Xemilton (Mercedes AMG F1) - 305
3. Daniel Rikkardo (Red Bull Racing) - 227
4. Sebastyen Fettel (Scuderia Ferrari) - 177
5. Kimi Raykkonen (Scuderia Ferrari) - 170
Komanda birinciliyi
1. Mercedes AMG F1 - 636
2. Red Bull Racing - 400
3. Scuderia Ferrari - 347
4. Force İndia - 138
5. Williams - 130