FORMULA-1: BİRLƏŞMİŞ STATLAR QRAN PRİSİ

ESTAFET/ 22-24 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Ostin şəhərində Formula-1 yarışlarının növbəti mərhələsi - United States Grand Prix - keçirilib. 

 

 

FORMULA-1: UNİTED STATES GRAND PRIX 2016

Tarix

Trass

Dövrə uzunluğu

Dövrə sayı

Məsafə

21-24.10.2016

Ostin

5513 m

56

308.896 km

AZ BULUDLU, QURU. HAVA +27...28 C, TRASS +36...35 C

 

Yürüşün qalibi 1:38.12.618 vaxt göstəricisi ilə Böyük Britaniya təmsilçisi Lyuis Xemilton (Mercedes AMG F1) olub. Mövsümün lideri alman pilot Niko Rosberq (Mercedes AMG F1) finişi xəttini ikinci (+4.520), avstraliyalı Daniel Rikardo (Red Bull Racing) isə üçüncü (+19.692) keçib. 
 
Mövsümün bu mərhələsindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
 
Şəxsi birincilik
 
1. Niko Rosberq (Mercedes AMG F1) - 331
2. Lyuis Xemilton (Mercedes AMG F1) - 305
3. Daniel Rikkardo (Red Bull Racing) - 227
4. Sebastyen Fettel (Scuderia Ferrari) - 177
5. Kimi Raykkonen (Scuderia Ferrari) - 170
 
 
 
Komanda birinciliyi
 
1. Mercedes AMG F1 - 636
2. Red Bull Racing - 400
3. Scuderia Ferrari - 347
4. Force İndia - 138
5. Williams - 130