"Karyeramı bitirmək haqda düşünürdüm": Natalya Məmmədova
ESTAFET/ Bugündən etibarən Yaponiyada qadın voleybolçular arasında növbəti Dünya çempionatı start götürəcək. Mundialda iştirak edəcək millimizin üzvləri yarış haqda öz fikirlərini bölüşüblər. Komandamızın əsas oyunçularından olan Natalya Məmmədova maraqlı fikirlər səsləndirib.
"Milli komandamızın 4-cü, mənim isə 2-ci Dünya Çempionatım start götürəcəkdir. Doğrusu Avropa çempionatıdan sonra mən karyeramı bitirmək haqqında düşünürdüm. Çünki, mövsümdən sonra yorğun idim. İyun ayının sonlarında məndən Dünya Çempionatında, milli komandada oynamaq isdəyib isdəmədiyim soruşulanda mən oynamaq və millimizə əlimdən gələn köməyi etməyi qərarlaşdırdım. Bu gün millimizin heyətində elə oyuçular var ki, onlar ilk dəfədir ki belə böyük yarışda iştirak edirlər. Voleybol komanda oyunudur, ona görə də biz birikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik.
Bildiyiniz kimi C qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz haqqında deyə bilərəm ki, Asiya voleybolu müdafiədə hər zaman yaxşı oynayır. Amerika sonuncu dünya çempionu, Rusiya millisi yeni məşqçi və yeni oyunçularla iştirak edir. Tobaqo millisinin tam olaraq oyununu görməmişəm, bu komandanın orta oyunçusu Sinid Cakı tanıyıram və onun oyununu Rusiya Çempionatında görmüşəm. Düşünürəm ki, digər oyunçularda yaxşıdırlar. Hər birimiz psixoloji hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Mənim fikrimcə 2-ci mərhələyə keçmək şansımız var və bu bizim əlimizdədir".