AFFA prezidenti Vəli Qasımovu təbrik edib

ESTAFET/ Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, “Neftçi” ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının bombardiri, hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 yaşı tamam olub.

 

Bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Vəli Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. 

Müəllif: Orxan NOVRUZOV