"Neftçi” məşqləri bərpa edib

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 7-ci turunda "Sabah” üzərində qələbədən (2:0) sonra üç günlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, "Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komandamız həmin gün 8-ci tur çərçivəsində "Qəbələ”nin qonağı olacaq. 

Müəllif: Natiq NƏSİROV