Federasiya rəhbərliyi baş məşqçini göndərdi
ESTAFET/ Futbol üzrə Sloveniya yığması baş məşqçisiz qalıb. Sloveniya Futbol Federasiyasının rəhbərliyi milli komandanın baş məşqçisi Tomaj Kavçiçi istefaya göndərib.
Buna komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən komanda UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupunun sonuncusudu. Geridə qalan dörd oyundan yalnız birində heç-heçə edən sloveniyalılar 3 görüşdə də məğlubiyyətə üzülüblər.
Kavçiç Sloveniya yığmasını 2017-ci ilin dekabr ayından çalışdırırdı.