Elvin Yuniszadə "Sabah"la müqavilə bağladı

ESTAFET/ "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Elvin Yunuszadə bundan sonra debütantın uğurları üçün çalışacaq.
26 yaşlı müdafiəçi karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub.
