"Yuventus" Mançesterdən qələbə ilə dönür: ÇL - qrup mərhələsi

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start veriləcək. Turun ilk oyun günündə 8 oyun keçiriləcək.
Günün həyəcanla gözlənilən oyununda "Mançester Yunayted" "Yuventus"u qonaq edəcək.
Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən Madrid "Real”ı isə bu turda “Viktoriya” ilə qarşılaşmadan mütləq qalib ayrılmalıdır. Əks halda klubda bəzi dəyişikliklərin olması gözlənilə bilər.
UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
Qrup mərhələsi, 3-cü turun oyunları
23 oktyabr 2018
E qrupu
AEK (Afina, Yunanıstan) - Bavariya (Almaniya) 0:2
Qollar: Martines 61, Levandovski 63
Ayaks (Hollandiya) - Benfika (Portuqaliya) 1:0
Qol: Mazraui 90
F qrupu
Hoffenhaym (Almaniya) - Lion (Fransa) 3:3
Qollar: Kramariç 33, 47, Joelinton 90 : Traore 27, Alvaro 59, Depay 67
Şaxtyor (Donetsk, Ukrayna) - Mançester Siti (İngiltərə) 0:3
Qollar: D.Silva 30, Laporte 35, B.Silva 71
G qrupu
Real (İspaniya) - Viktoriya (Plzen, Çexiya) 2:1
Qollar: Benzema 11, Marselo 56 : Hrosovski 79
Roma (İtaliya) - ÇSKA (Moskva, Rusiya) 3:0
Qollar: Dzeko 30, 43, C.Ünder 50
H qrupu
Yanq Boyz (İsveçrə) - Valensiya (İspaniya) 1:1
Qollar: Hoarau 55 (p.) : Batşuayi 26
Mançester Yunayted (İngiltərə) - Yuventus (İtaliya) 0:1
Qol: Dibala 17
