"Qəbələ" Moldovadan zəfərlə dönür

ESTAFET/ Futbol üzrə UEFA Gənclər Liqası turnirində iştirak edən “Qəbələ”nin 19 yaşlıları bu gün cavab oyunu keçirib. Emin İmaməliyevin baş məşqçisi olduğu təmsilçimzi Moldova “Şerif”i ilə qarşılaşırdı. 

 

Üç həftə əvvəl ev oyununda 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar” Tiraspoldakı görüşə mərhələ keçmək iddiası ilə çıxıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Emin İmaməliyevin yetirmələri böyük üstünlüyə sahib olub və bunun məntiqi sonluğu kimi 3:1 hesabı ilə qalib gələrək II mərhələyə yüksəlib. “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.

 

Xatırladaq ki, “Qəbələ”nin II mərhələdəki rəqibi Almaniyanın “Herta” və Polşanın “Lex” komandaları arasında görüşdə müəyyənləşəcək.

 

UEFA Gənclər Liqası

Çempionluq yolu, cavab oyunu

24 oktyabr 2018

"Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan)  1:3

Qollar: V.Nihayev 53-pen : Samir Qurbanov 43, 62, V.Dijinari 63 (ö.q.)

"Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Məhəmməd Məhərrəmov

Tiraspol. "Şerif kiçik Arena”

İlk oyun - 1:1 

Müəllif: Estafet.az