Edi və Ezmi ilk 100-lükdə
ESTAFET/ Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Badmintonçumuz Edi Reski Dviçayo son siyahıda 10 pillə irəliləyərək 115-ci sıraya yüksəlib.
Reytinqdə 13 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 258-ci sıradadır. Edi-Ezmi cütü badmintonçuların qoşa reytinqində 23 pillə irəliləyərək 93-cü sırada qərarlaşıb.