Son oyunda sevinən tərəf "Espanyol" oldu: La Liga - XI tur

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunlarına yekun vurulub. Turda ilk oyun günü 4 qarşılaşma baş tutub. Madrid "Real"ı evdə, hazırkı lider "Barselona" isə səfərdə son dəqiqələrdə vurulan qollarla qalib gəlməyi bacarıblar. 

 

İkinci oyun günündə 5 qarşılaşma oynanılıb. 4 görüşün heç-heçə bitdiyi oyun günündə yalnız "Eybar" evdə son dəqiqədə vurduğu qolla qələbə qazanıb. 

 

Tura Barselonada yekun vurulub. Yerli "Espanyol" "Atletik"i minimal hesabla məğlub edib.  


İspaniya La Liqası, 20185/2019 mövsümü
11-ci turun oyunları


3 noyabr 2018


Leqanes - Atletiko 1:1
Qollar: Karrilyo 82 : Qrizmann 69


Real - Valyadolid 2:0
Qollar: Olivas 83 (ö.q.), Ramos 88


Valensiya - Jirona 0:1
Qol: Pons 48


Rayo Valyekano - Barselona 2:3
Qollar: Pozo 35, A.Qarsiya 57 : L.Suares 10, 90, Dembele 87


4 noyabr 2018


Eybar - Alaves 2:1
Qollar: Jordan 69, Diop 90 : M.Qarsiya 4


Vilyarreal - Levante 1:1
Qollar: Pedrasa 90 : Mori 77 (ö.q.)


Hueska - Xetafe 1:1
Qollar: Etçeyta 50 : Molina 90


Real Sosyedad - Sevilya 0:0


Betis - Selta 3:3
Qollar: Moron, 33. Firpo, 57. Kanales, 87 - M.Qomes, 63; 84. Mendes, 69


5 noyabr 2018


Espanyol - Atletik  1:0

Qol: İqlesias 41

Müəllif: Natiq NƏSİROV