Nəbiyev komandasına qələbə qazandırdı

ESTAFET/ Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü turun oyunları keçirilib. Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

 

Nəbiyevin komandası “Pribram”la üz-üzə gəlib oyundan qələbə ilə ayrılıb - 3:2.

 

Futbolçumuz bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

 

Komandasının qollarından ikisinə məhz Fərid imza atıb. O, hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qolunu vurub.

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV