"Neftçi" "Zirə" ilə oyunun hazırlığına start verdi

ESTAFET/ "Neftçi” futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığına başlayıb. "Keşlə” ilə görüşdən (1:0) sonra birgünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 


Qeyd edək ki, "Neftçi” – "Zirə” oyunu noyabrın 10-da "Bakcell Arena”da keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV