"Çox ürəklə mübarizə aparacağıq": Rüfət Dadaşov

ESTAFET/ "Çox qaynar bir duel olacaq. Kosovo yığması çox güclü komandadı, yaxşı oyunçuları var. "Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədi. Ancaq biz də çox ürəklə mübarizə aparacağıq”. Bu sözləri "Bild”ə açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqda deyib.

 

Almaniyanın "Proyssen” klubunda çıxış edən 27 yaşlı hücumçu Farer adaları ilə Bakıda keçirilən görüşün (2:0) 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub: "Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdi”.

 

Qeyd edək ki, yığmamız Kosovo ilə sabah səfər matçında yalnız qələbə qazanağı halda 1-ci yeri çıxaraq pley-offa yüksələcək.  

Müəllif: Estafet.az