"Qarabağ" - "Keşlə" oyununun vaxtı dəyişdirildi

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib. “Qarabağ” klubunun müraciətini, “Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun “Qarabağ” - “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.  

Müəllif: Natiq NƏSİROV