Millətlər Liqasında püşkatmanın vaxtı məlum oldu

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinin püşkatma mərasiminin başlama vaxtı dəqiqləşib. Qitənin ali futbol qurumunun saytında verilən xəbərə görə, dekabrın 3-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma Bakı vaxtı ilə 17:30-da başlayacaq.


Millətlər Liqasının final mərhələsinin oyunları gələn ilin iyun ayında Portuqaliyada keçiriləcək.


Xatırladaq ki, Azərbaycan millisi Millətlər Liqasının son turunda Kosovo ilə səfər matçında 0:4 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. 

Müəllif: Natiq NƏSİROV