"Neftçi"nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib

ESTAFET/ Hazırda futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının lideri "Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq "ağ-qaralar" Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq. Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV