"Bizi çətin qrupda mübarizə gözləyir": Mauro Lustrinelli

ESTAFET/ İsveçrənin U-21 yığmasının baş məşqçisi Mauro Lustrinelli AÇ-2021-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib. Çətin qrupa düşdüklərini hesab edən mütəxəsssisi qayğılandıran başqa məqam da var: "Bizi Gürcüstan və Azərbaycana yetərincə uzaq səfərlər olmaqla çətin qrupda mübarizə gözləyir. İnanıram ki, futbolçularımız yaxşı oyun göstərərək yaxşı nəticə əldə edə bilərlər".

 

İsveçrə Azərbaycanla səfər matçını 2019-cu ilin oktyabrın 15-də keçirəcək.

 

Qeyd edək ki, U-21 yığmamız İsveçrə və Gürcüstanla yanaşı, Fransa, Slovakiya və Lixtenşteynlə bir qrupda yer alıb.  

Müəllif: Estafet.az