Perişiç üçün daha 2 müştəri

ESTAFET/ İtaliya “İnter”inin futbolçusu İvan Perişiç komandasını dəyişməyə yaxındı. Xorvatiya millisinin üzvünü Almaniya “Bavariya”sı və İspaniya “Atletiko”su da heyətinə qatmaq istəyir.

Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçini satmağa hazırdı. İtaliyalılar bu keçiddən ən azı 50 milyon avro əldə etmək fikrindədi.

Hələ ötən yaydan Perişiçə elçi düşən “Mançester Yunayted” də istəyindən əl çəkməyib. İngiltərə klubu yarımmüdafiəçi üçün “Bavariya” və “Atletiko” ilə mübarizə aparacaq.

Qeyd edək ki, İvan cari mövsümün 14 oyununda 2 qol vurub. 

 

Mənbə: Matç

Müəllif: Orxan NOVRUZOV