Ən yaxşı qolun müəllifi Rakitiç oldu

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolu müəyyənləşib. Qitənin ali futbol qurumun rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Tottenhem”lə səfər oyununda (4:2) vurduğu qol ən yaxşı seçilib.


Ən yaxşı qol adına digər namizədlər Usman Dembele (“Barselona”) və Mauro İkardinin (“İnter”) “Tottenhem”ə, Kriştiano Ronaldonun (“Yuventus”) isə “Mançester Yunayted”in qapısına vurduğu toplar idi. 

Müəllif: Natiq NƏSİROV