Təmkin Xəlilzadə “Qəbələ”dən gedir

ESTAFET/ “Təmkin Xəlilzadə hazırda bizim oyunçumuzdu. Ancaq elə bir futbolçumuz yoxdu ki, satmağa razı olmayaq. Təmkin də bizə komandanı dəyişməklə bağlı müraciət edib”. Bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.


Klub rəsmisi cinah oyunçusunun “Sabah”ın maraq dairəsində olduğunu bildirdi: “Xəlilzadə getmək istədiyini bildirdikdən sonra klub rəhbərliyi ilə müzakirələr apardıq. Getməsi üçün şərtlərimizi bildirdik. Zənnimcə, keçid baş tutacaq. Ancaq rəsmi olaraq “Sabah”dan hələ bizə müraciət olunmayıb”.


Əldə etdiyimiz məlumata görə, “Sabah” Təmkin Xəlilzadənin keçidinə görə 170 min manat kompensasiya ödəyəcək. 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV