Qruqorçukun "Astana"ya dönəcəyi tarix dəqiqləşib

ESTAFET/ Uzun müddət Azərbaycanda çalışmış və futbolsevərlərin rəğbətini qazanan ukraynalı mütəxəssis Qoman Qriqorçukun "Astana"da işinə davam edəcəyi tarix məlum olub.  

Ukrayna mətbuatının xəbərinə görə, bu haqda Qazaxıstan klubunun artıq keçmiş prezidenti Sayan Həmitcanov məlumat verib. O həmçinin klubda mümkün məşqçi dəyişikliyi haqda da danışıb. 

"Roman Qriqorçuk komandanın baş məşqçisidir və yanvarın 15-dən etibarən Birləşmiş Ərəb Əmirliklərində komandanın təlim-məşq toplanışında öz vəzifəsinin başında olacaq. Doğrusu mən Lalatoviçin kim olduğunu bilmirəm. Qurban Berdıyevə gəlincə isə, onun namizədliyi heç vaxt müzakirə olunmayıb. Qriqorçuk kimi təcrübəli məşqçimiz olduğu halda bizə yeni məşqçi lazım deyil".

Xatırladaq ki, Qriqorçuk ötən ilin avqustunda ailə məsələlərinə görə müvəqqəti olaraq klubdan ayrılmışdı.

Müəllif: Natiq NƏSİROV