"Neftçi" 2019-cu ildə ilk məşqinə çıxdı

ESTAFET/ "Neftçi” istirahəti başa vuraraq, məşqləri bərpa edib. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan 2019-cu ilin ilk hazırlıq prosesi fiziki və texniki çalışmaların yerinə yetirilməsi ilə başlayıb. Dünəndən etibarən gündə iki dəfə məşq edəcək "ağ-qaralar”ın Bakıdakı təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandamız ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ