Rikkardo öz kartinq çempionatını keçirir

ESTAFET/ Məşhur Formula 1 pilotu Daniel Rikkardo hələ 2014-cü ildə öz təşəbbüsü olan kartinq layihəsini təqdim etmişdi. İndi isə o, Daniel Rikkardo Series - qısa olaraq DRS - adlanan çempionatının təşkili ilə məşğuldur. 

Seriya 8 mərhələdən ibarət olacaq və bu ilin aprel-noyabr aylarında Böyük Britaniya kartodromlarında keçiriləcək. Çempinatda iştiraka müxtəlif yaş qruplarından olan yeniyetmələr dəvət olunur.

Yarışlar üçün 3 növ - 6-13 yaşlılar üçün mühərriki 62 kub sm., 11-16 yaşlılar üçün mühərriki 100 kub sm., 15 yaşdan yuxarılar üçün isə DRS125 adını alan 25 güclü mühərrikə malik olan maşınlar nəzərdə tutulur. 

Rikkardo potensial iştirakçılara və onların valideynlərinə aşağıdakı məzmunda müraciət ünvanlayıb:

"Mən hələ də özümü gənc sürücü hesab edirəm. Görürəm ki, mənim kartinq seriyam böyük maraq yaradıb və çox sayda sürücü 2019-cu ildə burada iştirak etmək arzusunu bildirib. Bu həftə Birmingemdə ənənəvi Autisport International sərgisi başlayacaq və orada bizim seriyanın xüsusi guşəsi olacaq. Elə oradaca müsabiqə təşkil olunacaq. Qaliblər 2019-cu ildə DRS-də iştirak edəcək və həmçinin, bizim maşınları tes etmək imkanı qazanacaqlar. 

Mən Birmingemdə olmayacam. Hələ Avstraliya günəşindən həzz alıram. Lakin orada mənim ən yaxşı köməkçilərim olacaq. Odur ki, müraciət edin!"

Müəllif: Natiq NƏSİROV