Hər 3 klubumuzun Antalyadakı oyunu ləğv olundu

ESTAFET/ Antalyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan Topaz Premyer Liqası təmsilçilərinin bu günlə bağlı planları pozulub. Havanın həddən artıq küləkli olması, “Zirə”, “Sumqayıt” və Səbail"in iştirakı ilə bu gün keçirilməli olan görüşlərin ləğv edilməsi ilə nəticələnib.

 

“Zirə” saat 17:00-da “Taraz”la üz-üzə gəlməli idi. Bundan sonra isə “Sumqayıt” digər Qazaxıstan təmsilçisi “Jetısu” ilə qüvvəsini sınayacaqdı. "Səbail"in rəqibi isə Macarıstanın "Aqvital" klubu idi. Ayxan Abbasovun komandası həmin rəqiblə sabah oynayacaq. Qarşılaşma Bakı vaxtilə saat 13:00-da başlayacaq. "Səbail"in "Aqvital"la görüşü də sabah olacaq.

 

Qeyd edək ki, bu, adıçəkilən klublarımızın Antalyada ilk yoxlama matçları idi.  

Müəllif: Bəhruz MƏMMƏDOV