Qadın sablyaçılarımız "Güclülərin turniri"ndə iştirak edib

ESTAFET/ Sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Sevil və Sevinc Bünyatova bacıları, Səbinə Kərimova Rusiyanın Moskva vilayətinin Novoqorsk şəhərində yerləşən “İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzi”ndə keçirilən “Güclülərin turniri” adlı ümumrusiya yarışlarında iştirak edib.

Təmsilçilərimizdən Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gəlib. Sablyaçımız 1/16 finalda Kseniya İllarionovanı 15:9 hesabı ilə məğlub edib. Sevil 1/8 finalda Svetlana Karelovaya 8:15 hesabı ilə uduzub. Karelova buna qədər 1/16 finalda qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vurmaqla, pley-offda Sofya Smirnovanı 15:4 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Gərgin keçən görüş Rusiya idmançısının 15:14 hesablı qələbəsi ilə başa çatıb.Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə 1/16 finalda Aleksandra Klimovaya 12:15 hesabı ilə uduzub.Yekun sıralamada Sevil Bünyatova 12, Sevinc Bünyatova 20, Səbinə Kərimova isə yarışı 27-ci sırada başa vurub.

Turnir sablya üzrə qadınlardan ibarət komandamızın 25-26 yanvar tarixlərində Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində keçiriləcək Dünya Kuboku yarışına hazırlıq xarakteri daşıyır. 

Müəllif: Orxan NOVRUZOV