"Neftçi" Antalya toplanışında son məşqinə çıxdı

ESTAFET/ "Neftçi” bu gün Antalya təlim-məşq toplanışında son məşqinə çıxıb. Toplanışın 13-cü günündəki məşq əsasən taktiki və fiziki hazırlığa həsr olunub. Hazırlıq prosesi sabah keçiriləcək yoxlama oyunundan sonra başa çatacaq. Bolqarıstanın "Beroe” klubu ilə görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Xatırladaq ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” yanvarın 18-də Rumıniyanın "Qaz Metan” (3:0), 23-də isə Çexiyanın "Slovan” Liberes (1:2) klubları ilə qarşılaşıb. 

Müəllif: Natiq NƏSİROV