Milli komanda növbəti təlim-məşqlərdə

ESTAFET/ Böyüklərdən ibarət milli komanda gündəlik hazırlıqların ardından, bir həftəlik təlim-məşqlərə başlayıb.

Təlim-məşqlər dövründə məşqçilər heyəti texniki, taktiki və fiziki proqramlar üzərində işləməkdən əlavə, yanvarın son günləri Parisdə Karate1 Premyer Liqasında karateçilərimizin çıxışlarını analitik təhlil edəcək, görüşlərdə vacib məqamları araşdıracaq.

Fevralın 4-də başlanan təlim-məşqlər bazar günü başa çatacaq. Qısa istirahətin ardından, milli komandamız gələn həftə ilin ikinci rəsmi turnirinə, Dubayda Karate1 Premyer Liqasının ikinci mərhələsinə yollanacaq.  

Müəllif: Natiq NƏSİROV